top of page
  • Facebook Социальной Иконка
  • Instagram
  • LinkedIn Социальные Иконка

Vergi uçotu

Fəaliyyət növündən asılı olaraq Vergi, DSMF, o cümlədən Statistika və Məşğulluq hesabatlarının tərtibi və müvafiq dövlət qurumuna təqdim olunması, büdcəyə köçürülməli vəsaitlərin vaxtında ödənilməsinin təşkili, eləcə də Vergi borclarının, Hesablanmış kameralların və Cərimələrin geri qaytarılmasının təmin olunması xidmətlərimizin ən vacib faktorlarından hesab olunur.

Tərəfimizdən istənilən vergi ödəyicisinin satışlarının  rəsmiləşdirilməsi məqsədilə E-qaimələrin tərtibi, eyni zamanda alışların nəzarətdə saxlanılması, E-VHF əvəzləşmələrinin aparılması gündəlik iş yükünüzü azaldacaq və gələcəkdə yarana biləcək yoxlamalar zamanı rəsmi məlumatlar əsasında hər zaman rahat şəkildə fəaliyyətinizə davam edə biləcəksiniz.

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin bütün struktur bölmələrində, AR Vergi Məcəlləsinin və eləcə də digər qurumların qanunvericiliyinin tələblərinə uyğun olaraq ödəyicilərin tam və dəqiq uçotunun təşkili, həmçinin vergi məsələləri ilə bağlı hər növ mübahisəli məqamların ödəyicinin xeyrinə həll olunması, ödəyici adından ərizə, məktub, şikayət və s. kimi müraciətlərin peşəkarcasına və elmi əsaslandırılma ilə yerinə yetirilməsi, vergidə görüşlərin təşkili və iştirakı xidmətlərimizin məsuliyyət tələb edən əsas amillərindəndir.

Bizimlə əlaqə

Uğurla göndərildi.. Qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.!

 Ünvan: Bakı şəh., Nərimanov ray.

Tel: +994 50 874 16 28

© FASGROUP 2017. BÜTÜN HÜQUQLAR QORUNUR.

bottom of page