top of page
  • Facebook Социальной Иконка
  • Instagram
  • LinkedIn Социальные Иконка

Konsaltinq xidmətinin  biznesinizdə rolu

Konsaltinq (ing. consulting – məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətlər göstərən mənbədir. Nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətlər verilir. 

Konsaltinqin müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlərini həll edir. Başqa sözlə desək, konsaltinq bu və ya digər problemin həllində xarici konsultantlar tərəfindən göstərilən istənilən yardımdır.

Autsorsinq (outsourcing) ingilis sözüdür, “outside resource using” (kənar qaynaqdan yararlanmaq) söz birləşməsindən yaranıb. Biznes dilində desək, şirkətin effektsiz, ya da az effektli fəaliyyət növünün daha üstün keyfiyyət göstəriciləri olan peşəkar tərəfdaşlarına ötürülməsi deməkdir.

Bizimlə əlaqə

Uğurla göndərildi.. Qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.!

 Ünvan: Bakı şəh., Nərimanov ray.

Tel: +994 50 874 16 28

© FASGROUP 2017. BÜTÜN HÜQUQLAR QORUNUR.

bottom of page