top of page
  • Facebook Социальной Иконка
  • Instagram
  • LinkedIn Социальные Иконка

Mühasibat xidməti

Mühasibat İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən və nəticələrini analiz edən bir elm sahəsidir. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələrlə əlaqədar deyil , qeyri-kommersiya yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır.​

 

FAS GROUP şirkəti olaraq əsas faliyyət istiqamətlərimizdən biri Mühasibat xidmətidir. Bu xidmətin tərkibinə bank əməliyyatları, ölkədaxili və ölkəxarici köçürmələrin aparılması, Kassa uçotunun təşkili, Müqavilə reyestrlərinin qurulması, Gündəlik debitor-kreditor borclarının izlənməsi və s. aiddir. 

Bildiyiniz kimi müəssisələrdə məhsulların maya dəyəri əsas göstəricilərindən biridir. Məhsullarının istehsalı, əmək məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, planın norma ilə və daha artıq yerinə yetirilməsi - bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Fəaliyyət göstərdiyiniz istiqamət istehsal prosesi ilə əhatələnibsə, məsrəflər, xərclər və maya dəyərinin hesablanması işini məsuliyyətlə üzərimizə götürürük. Bundan əlavə hazır məhsul vəya yarımfabrikatların alqı-satqısı vəya idxalı ilə bağlı fəaliyyətdirsə,sifariş öncəsi sifariş edəcəyiniz məhsulların faktiki Sizin anbarınıza daxil olacaqı maya dəyərinin qabaqcadan müəyyənləşdirilməsini təmin edirik.

 

Sahibi olduğunuz biznes platformasının uğurlu gələcəyi sizin seçəcəyiniz effektiv yoldan asılıdır. Bu yolda daim sizin maraqlarınızı düşünən, yarana biləcək hər hansı bir problemin həllinə dair bir neçə çıxış yolu göstərən, məsləhətlər verən və biznes dostunuza çevrilməklə bərabər addımlayaraq daima irəliləyəcəyinizə zəmanət veririk.

Bizimlə əlaqə

Uğurla göndərildi.. Qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.!

 Ünvan: Bakı şəh., Nərimanov ray.

Tel: +994 50 874 16 28

© FASGROUP 2017. BÜTÜN HÜQUQLAR QORUNUR.

bottom of page