
HR - Kadrların uçotu
AR Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
İşçilərin qeydiyyatına dair sənədləşmə işlərinin aparılması, əmək haqqı kartlarının sifarişi və hesablanmasının təşkili, Məzuniyyət və Ezamiyyə cədvəllərinin qurulması və ödənilməsinə nəzarət, elektron portal vasitəsilə xəstəlik vərəqələrinin sistemə işlənilməsi və s. bu kimi sənədləşmə tələb edən işlərin həyata keçirilməsi xidmətlərimizin bir hissəsini təşkil edir.
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, eləcə də dövlət orqanlarında çalışan sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. Bununla yanaşı, şirkətinizdə fəaliyyət göstərən əməkdaşların sağlamlığının qorunması məqsədilə, onların Tibbi sığortasının təşkili də şərtləri sizə uyğun olan istənilən etibarlı Sığorta agentlikləri vasitəsilə həyata keçirilir.