
Anbar uçotu
Aktiv fəaliyyət göstərən hər bir sahibkarın (şirkətin) fəliyyət göstərdiyi sahəyə uyğun olaraq ofis, anbar və s. tipli faktiki obyektinin olması məqsədəuyğundur. Obyektin qeydiyyata alınması və ya qeydiyyatında hər hansı dəyişikliklərin aparılması mülkiyyətindən və ya icarəyə götürülməsindən asılı olmayaraq Vergilər Nazirliyinin sistemində işlənilməli və müvafiq hesabatlar təqdim olunmalıdır.
Ticarət sektorunda fəaliyyət göstərən hər bir hüquqi və ya fiziki şəxslərin anbar uçotunun qurulması, mal qalıqlarının çıxarılması və anbar qalığının daimi nəzarətdə saxlanılması tərəfimizdən peşəkarcasına yerinə yetirilir.
Obyektinizdə Kassa aparatlarının və nağdsız hesablaşmalar üçün nəzərdə tutulmuş Pos-terminalların sifarişi və quraşdırılmasını da xidmətlərimizə əlavə edərək Sizlər üçün təşkil edirik.